Kişi Hönkürtüsü

Şərhlər: 10
Baxılıb: 2 119
Səs ver:
(səs: 0)
Heç bir ağrı kişi hönkürtüsü qədər ağır deyildir... Kişi bütün ağrıları canına yığdığı zaman hönkürər.... Bəzi anlar kişi sevdiyi, güvəndiyi qadının dizlərində hönkürər...Amma ən çox təklikdə hönkürməyi seçər... Çünki heç bir kişi daxili kövrəkliyini kimsəyə bildirmək istəməz... Daxili parçalansa da , yansa da yenə soyuq, heç nə olmamış kimi dayanar.... Zamanı nə qədər geri, insanı nə qədər irəli atsan ağrılar bir o qədər gəlib doluşar canına... Zamana meydan oxumaq hönkürtünü içində cücərtməkdir...Bu üsyanın ən çılğın anıdır bəlkə hönkürmək... Bəlkə ölmək hönkürməkdən bir gün əvvəlin işidir... Bir kişi nə zaman ölür? Bir hönkürtü neçə milyon ağrıdır? Dünya ölümlərin son üsyan yeridir, hönkürtü isə son ağrı yeri...
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 119
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri