Kişilər belə davranışları xoşlamır

Müəllif: Efsuw2016
Şərhlər: 1
Baxılıb: 4 866
Səs ver:
(səs: 1)
Bilirsiniz kişilər qadınlarda hansı xüsusiyyətləri bəyənmir? Qadınla.com kişilərin xoşlanmadığı qadın davranışları ilə bağlı ümumi anlayışları təqdim edir. Bunları bilsəniz, özünüzü kişilərə daha asan sevdirə bilərsiniz, xanımlar.

Maddiyyata çox əhəmiyyət vermək
Bu tip, kişilərin ən çox uzaq durmaq istədiyi qadınlardır. “Varlı kişi ovçusu” damğası alarsınız. Sırf kişilərdən müxtəlif faydalar əldə etmək üçün onlarla birlikdə olduğunuz düşünülür.

Həddindən çox alış-veriş
Saatlarla sürən ətək və ya köynək alış-verişlərinizə son verin. Sadəcə kişilər deyil, elə hər kəs sadəcə bir köynək qarşısında saatlarla düşünmənizdən xoşlanmaz. Dəyərli vaxtınızı geyim kimi çox əhəmiyyəti olmayan parçalara ayırmayın, ondansa gəzin, əylənin.

Uşaq kimi davranmaq
Körpə kimi danışmaq və uşaq kimi davranmaq, mızıldamaq 5 yaşınızda qaldı. Artıq böyüdüyünüzü və öz ayaqlarınız üzərində müstəqil dura bildiyinizi göstərməlisiniz. Bu, sizi güclü və cazibədar edər.

Çox makiyaj və bəzənmək
Parıldayan dodaqlarınızı cazibədar hesab edirsinizsə, yanılırsınız. Bu, kişilərdə son dərəcə ikrah hissi yaradır və dodaqlarınız yapış-yapış görünür. Təbiilikdən uzaq tonal krem və pomadanızla çox zövqsüz və itələyici görünürsünüz.

Söyüşlə danışmaq
Özünüzü ətrafa qarşı söyüşlə danışaraq sübut edə bilməzsiniz. Sevdiyiniz insanla dolaylı yollarla danışıb, iynələyici sözlər işlətmək yerinə narahat olduğunuz mövzunu birbaşa söyləməniz daha məntiqlidir. Söyüş söymək bir məharət deyil. Daha sakit olun. Kişilər söyüş söyən qadınları sevmir.

Digər insanları saymamaq və təhqir etmək
Siz heç kimdən daha üstün deyilsiniz. Daha mədəni olun. İnsanlara kömək edin. Mənəviyyatınız üçün də çox əhəmiyyətli olan bu davranışlar kişilər tərəfindən daha cazibədar görünür.

Çox baxımlı olmaq
Münasibətinizə və sevdiyiniz şəxsə qarşı sədaqətinizlə çox baxımlılığı qarışdırmayın. Çox baxımlılıq bir xəstəlikdir. Sırf o şəxsə alışdığınız və onsuz özünüzü gücsüz hiss etdiyiniz üçün onunla birlikdə olmayın. Bu, bir növ yalan söyləməkdir və kişilər yalançı qadınlardan da xoşlanmaz.

Dedi-qodu etmək
Başalarının arxasınca danışmaq çox ayıbdır. Özünüzə hörmətinizi də itirmənizə səbəb olan bu davranış, kişilərdə ikrah yaradır. Həqiqətdən uzaq, başqalarını gözü götürməmək kimi pis bir xasiyyətə sahib, həm də ətrafınıza zərər vermiş və yalan söyləmiş insan kimi tanınarsız. Kişilər dedi-qodu edən qadınlardan xoşlanmır.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri