Kişilərin ürəyi daşdandır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 697
Səs ver:
(səs: 1)
Çox vaxt deyirik kişilərin ürəyi daşdandır...Soyuqdurlar, həssaslıq nədir bilməzlər... Amma əslində elə deyil...Kişinin ürəyi mumdandır,dözümü daşdandır sadəcə...Qadın ecazkarlığı və ya qadın incinməsi qarşısında əriyirsə əgər bir kişi, o necə daşqəlbli ola bilər? Kişinin göz yaşları qadınınkı kimi ovcunun içində deyil də, öz içinə, daxilinə axar... Deyirlər e kişi ağlamaz...Xeyr... Ağlayar, əziZim, ağlayar... Onun da hərkəstək alışıb yanan bir qəlbi var axı... Gözyaşı kişilikdən axmır ki, qəlbin sızıltısından axır... Amma qadıntək nahaqdan ağlamaz kişi...Qadınlar axı cüzi xətrinə deyərkən belə gözyaşlarına hakim ola bilmirlər... Kişi isə hər acısında içinə axıtdığı gözyaşlarını ən əzizini itirən anda seltək çağlayaraq biruzə verər bəzən...Çoxu heç onu da etməz... Kişi nə qədər sərt olsa da doğmasını məzara göndərərkən, onunla vidalaşarkən əriyər, məhv olar, dünyası yıxılar...Amma yenə də içində çəkər kədərini, istəməz ki onu boynubükük görsünlər...Bu da kişilərin qüdrəti...Bu da kişilərin fiziki qüvvəsi deyil də, mənəvi qüvvəsi... Və nə qədər güclü, öz işində müveffeqiyyətli olursa olsun hər bir kişinin mütləq bir qadın nevazişinə, qadın qayğısına, qadın sığalına, mütləq bir yara ehtiyacı vardır... ALLAH hər bir bəndəsinə sevdiyi, əzizi, doğması olan kişinin yalnız sevinc gözyaşlarını görməyi nəsib etsin inşallah...Heç bir kişini çarəsiz qoymasın RƏBBİM...Təbii ki qeyrətli kişini...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 697
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri