"People"yə istinadən bildiririk ki, amerikalı müğənni Meraya Kerinin əkiz övladları dünyaya gəlib.
Oğlan və qız Los-Ancelesdəki xəstəxanalardan birində doğlubu. 41 yaşlı Kerinin nümayəndəsinin dediyinə görə, ana və çağalar özlərini yaxşı hiss edirlər. Doğuşdan soqnra isə palatada Kerinin "We belong together" mahnısı səslənib.
Çağalara ad hələ qoyulmayıb. Kerinin əri, 30 yaşlı aktyor Nik Kennonun dediyinə görə, adlar unikal, amma ekssentrik olmayacaq.
Maraqlıdır ki, əkizlərin doğulması Keri və Kennonun toyunun 3-cü ildönümünə təsadüuf edib.