Madridin "Real” klubunun öz meydanında "Saraqosa”ya 3:2 hesabı ilə məğlub olduğu qarşılaşmanı Kriştianu Ronaldu tribunadakı lojadan izləyib. Oyuna sevgilisi İrina Şeyklə gələn ulduz futbolçu, oyunun özündən daha çox maraq dairəsində olub. Jurnalistlər gözlərini lojaya zilləyiblər və … komanda yoldaşları meydanda xal üçün tər tökdükləri bir vaxtda Ronaldunun İrina ilə ehtirasla öpüşməsini görüntüləyiblər.