"Əgər boyunuz çox hündürdürsə, platform ayaqqabıdan istifadə edin. Qoy geyiminiz sizin özünüzə inamlı olduğunuzu göstərsin."
Karla Derass - müğənni, rəqqasə və bloggerdir. O, 2008-ci ildə Karla`s Closet adlı bloqunu yaradıb. Karla unikal geyimləri alır və onları aksesuarlarla kombin edərək öz qarderobuna daxil edir. Karla ucuz və sadə geyimləri gözəl aksesuarlarla kombin edir. O, aksesuarları bacarıqla və çox diqqətlə seçir. Onun dəbdəki nailiyyətlərindən bir də dizayneri olduğu klatçdır. Karla hazırda American Apparel və Quicksilver brendlərində stilist işləyir. Bundan başqa, müxtəlif feşn və art layihələrdə dəb məsləhətçisi kimi iştirak edir. O, Meksika mətbəxini təqdim edən restoran açmaq arzusundadır.