Göyçayda qohumların birləşərək dəstə yaratdığı quldur
dəstə üzvləri saxlanılıb. ANS TV-nin məlumatına görə, Göyçay polisi
bacı, qardaş və bir neçə qohumların 50 minlik cinayətini ifşa edib.
Belə
ki, qohumlar Elburus Zeynalov, onun bacısı Fərqanə Zeynalova, yaxın
qohumları İldırım və Elburus Rəhimov qardaşları eləcə də, Fədaya Əzizova
birləşərək Ağabala Qulam oğlu Heydərovu şantaj ediblər. Şantajda əsas
rolda bacı və qardaş iştirak edib. Onlar Fərqanə Zeynalovanın tanışı
Ağabala Heydərovu şantaj edərək, ondan 50 min manat tələb ediblər.
Bunun
üçün qohumlar xanımı irəli veriblər. Fərqanə Ağabalaya onunla cinsi
əlaqəyə girəcəyi barədə vəd verərək, onu yaşadığı Göyçay rayonu Natavan
küçəsi bina 7, mənzil 4 ünvanına dəvət edib. Ağabala da böyük
məmnuniyyətlə dəvəti qəbul edib. Onlar görüşən zaman İldırım otağa qəfil
girir və bıçağı Ağabalanın boğazını dirəyib. Daha sonra dəstənin digər
üzvləri otağa girib Ağabalanın cibindəki 209 manat pulu alıblar. Daha
sonra qohumlar Ağabalaya hədə-qorxu gələrən yaxınlarına zərər
vuracaqlarını deyiblər. Onlar Ağabaladan 50 min manat pul istəyiblər.
Ağabala
quldur dəstə üzvlərilə razılaşır və səhər onlara istədikləri pulu
verəcəklərini deyib. Daha sonra Ağabala polisə bu barədə məlum verib.
Polislər əməliyyata başalayıb və dəstə üzvləri saxlanılıb. Onlar
barəsində cinayət işi başlanıb və məhkəmə başa çatıb. Hakim İlham
Mahmudovun sədirliyilə keçirilən məhkəmə prosesinə təqsirləndirilən
şəxslərə hökm oxunub.
Məhkəmənin
hökmü ilə İldırım Rəhimov 12 il 20 gün, Elburus Rəhimov 11 il 6 ay,
Fərqanə Zeynalova 3 il, Elburus Zeynalov isə 5 il müddətinə azadlıqdan
məhrum ediliblər. Fədaya Əzizova isə 3 il şərti cəza ilə məhkəmə
zalından azadlığa buraxılıb.