“Mənə "Facebook"da yazırlar ki, çox seksisən” - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 908
Səs ver:
(səs: 2)
Gənc müğənni, cazibədar gözəl Afaq Aslanın Publika.Az-a müsahibəsini təqdim edirik:
 
- Qısa vaxtda tanındın, bunu şans sayırsan, yoxsa…
- Təbii ki, uğurlu mahnı burada öz sözünü dedi. Akademik Aslan Aslanovun nəvəsi olmağımın da böyük təsiri oldu. Təqdimat mərasimimə türkiyəli sənətçi Ebru Polad gəldi, dəstək oldu, sağ olsun. Bu da rol oynadı.
 
- Amma bugünlərdə Ebru ilə aranızın dəydiyi deyildi. Hətta birgə çıxışınızdan buna görə imtina etdiniz.
- Bəli. Ebru ilə dörd illik rəfiqəliyimiz olub. Mən Türkiyədə ikən, bir məclisdə Ebru Azərbaycan haqqında "Azərbaycanda sıxıldım, ora sanki bir köy”- kimi xoşagəlməz fikirlər söylədi. Buna cavab olaraq, onunla sərt davrandım və birgə konsertdən imtina etdim. Amma sonradan Ebru mətbuata açıqlama verdi ki, güya belə bir şey olmayıb. Mən əminliklə sözümün üstündə dururam və deyirəm ki, Ebru həmin fikirləri səsləndirib. Sözünün ağası deyildisə, gərək belə aşağılayıcı fikirləri də səsləndirməyəydi.
  
- Şou-biznesə gələndə çirkabları, qalmaqalları gözə aldınmı?
- Əslində mən dörd ildən atıqdır ki, musiqi ilə məşğulam, amma heç vaxt bu sahəyə gəlmək fikrim olmayıb. Sadəcə, məni dəstəkləyən insanlar peşəkar səhnəyə həvəsləndirdilər. Əvvəldən də məqsədim bu olub ki, qalmaqallardan uzaq olum. Onu da deyim ki, "şou proqramlarda, toylarda oxuyacağam” niyyəti ilə bu sahəyə gəlmədim. Ola bilər gələcəkdə gedərəm. Amma indi bu barədə düşünmürəm. 
 
- Amma layihələr, kliplər - bütün bunlar xərc tələb edir. Müğənnilər də adətən toy bazarından götürdükləri maliyyə hesabına bunları reallaşdırırlar. Bəs sən necə edirsən?
- Hələ ki, valideynlərim dəstək olur.

- Sponsorun yoxdu, yəni. İstərdinmi olsun?
- İstərdim. Amma təəssüf ki, bu gün sponsor çoxmənalı şəkildə nəzərdə tutulur. Yəni sponsordursa, sevgilin olmalıdır, onunla yaxın münasibətlərdə olmalısan. Bu mənada istəməzdim sponsorum həm də sevgilim olsun.
 
- Sevgilin varmı?
- Yoxdur. Onu da deyim ki, heç hazırda ailə qurmaq barədə də düşünmürəm. Hətta düşünsəm belə, o insan sənətimi də mənimlə bərabər qəbul etməlidir. Həm də məni dəyişdirməyə çalışmamalıdır.
 
- Hansı xarakterdə olan biri ilə ailə qurmaq istərdin?
 - İstədiyini yeridən, mərd.
 
- Yəni əlini stola çırpıb "mən deyən olmalıdır” desin, eləmi?
- Bəli.
 
- Varlı olmağı vacibdirmi?
- Ailə qurduğu insanı saxlamağı bacarmalıdır. Pul düşkünü deyiləm, amma pul önəmsiz də deyil.
 
- Sosial şəbəkələrdə varsan?
- Bəli. Az-az oluram. Dostluq göndərənlər, sevgilərini izhar edənlər çoxdur. Yazırlar ki, sevgiliniz olmaq istərdik. Amma başa düşmürlər ki, mən hamının sevgilisi ola bilmərəm.
 
- Qlamur həyata münasibətin necədir?
- Sevirəm, amma gecə həyatı mənlik deyil. Heç vaxt siqaret çəkməmişəm, içki içməmişəm. Hansısa bir qadına sərxoş vəziyyətdə masa arxasında oturmağı yaraşdırmıram. Qadın özünə hörmət etməyi və hörmət etdirməyi bacarmalıdır. Sərxoş qadına heç kim hörmətlə yanaşmaz. Siqareti kişiyə yaraşdırıram. Buna baxmayaraq, siqaret çəkən, içki içən qadınlara pis baxmıram.
 
- Hər kəs sənə seksi gözəl deyir. Bu səni qıcıqlandırmır ki?
- Yox. Elə sosial şəbəkələrdə də yazırlar ki, "seksi gözəl”, "çox seksisən” və daha nələr-nələr. Qıcıqlandırmır. Axı hər xanıma da seksi gözəl deyilmir. Qadın var gözəldir, amma ehtirası yoxdur, amma qadın da var ki, bir baxışla insanı həyəcanlandıra bilir.
 
- Sevgi önəmlidir, yoxsa yataq?
- Sevgi olmayan yerdə yataqda olmağın nə mənası var?
 
- Kiminlə duet oxumaq istərdin?
- Sərdar Ortacla. Yəqin ki, bu arzumu reallaşdıracağam.
 
- Bəs Azərbaycanda? 
- Azərbaycanda hələ heç kimə razılıq verməmişəm. Təkliflər çox olub. Ad çəkmirəm, xətirlərinə dəyə bilər.
 
- Fərqli geyimlərin var?
- Mən ixtisasca memar-dizaynerəm. Öz geyimlərimi özüm müəyyənləşdirirəm. Adətən də alış-verişi İstanbuldan edirəm.
 
- Ən çox nəyə pul xərcləyirsən?
- Parfümlərə.

Cəvahir Səlimqızı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



(səs: 2)
Şərhlər: 2
Baxılıb: 7 908
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri