Hollivud ulduzlarının cazibədar bədən sirrləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 597
Səs ver:
(səs: 2)

 

http://imgs.su/tmp/1315310927-656.jpg

 

Şarlz Teron kino üçün arıqlamaq lazım olduğunda spirtli və nişastalı qidalardan uzaq, 17:00-dan sonra yeməyin qadağan olduğu "Drakonian" dietasını tutub. Bundan əlavə, aktrisa yoqa ilə məşğul olub və qaçıb. Bunun heç də əyləncəli olmadığını qeyd edən ulduz rejissorun istəyi ilə dieta saxlamalı olduğunu deyib. "Belə halda dieta insanın bədən müqavimətini zəiflədir. Öz seçimimə qalsa, mən 36 ölçü bədənə sahibəm və bundan da məmnunam

http://imgs.su/tmp/1315311084-656.jpg


Hal Beri diabet xəstəsidir. Buna görə də kökəlməmək üçün etdiyi gündəlik idman Berinin həyatının bir hissəsinə çevrilib. O, həddən çox dietik kola içdiyini deyib. Lakin ətrafındakılar ona kola əvəzinə su içməyi məsləhət görsələr də, o buna öyrəşə bilmir. Bundan əlavə Hindli bir qadından öyrəndiyi bitki təkibli qarışığı içdiyini deyən Beri, bunun dostları tərəfindən gülüşlə qarşılandığını, lakinbitki qarışığının bir il sonra insulin iynələrini tamamilə lazımsız edəcək həddə kömək etdiyini deyib.

http://imgs.su/tmp/1315311351-656.jpg
Gündəlik fəaliyyəti gərgin olduğu üçün daha çox enerji verən qidalara üstünlük verən Britni Spirs Sezar salatı, şorba kimi insanı həm doyuran, həm də kilolarını nəzarətdə saxlayacaq yeməklər yediyini deyib. "Mənim üçün ən çətini itədiyim vaxt qamburger və səndviç yeyə bilməməkdi" deyə şikayətlənən Britni çox idman etməyin əzələləri bərkitdiyini vurğulayıb. Britni Spirs rəqs etməyin onu formada saxladığını, bundan əlavə hər gün yoqa etdiyini, özünü sevindirmək üçün isə hərdən şirniyyat və dondurma yediyini deyib.

http://imgs.su/tmp/1315311442-656.jpg
Karbonhidratlı qidaların tamamilə kəsilib, meyvə və tərəvəzlərin çox az şəkildə qəbulunu məsləhət görən Atkins dieti Ketrin Zeta Consun bədənini formada saxlayan köməkçisidir. Bu dietaya görə ət, sosiska, pendir, kərə yağı, yumurta yemək olar, hətta axşam yeməyi ilə birlikdə bir qədəh şərab belə içmək mümkündür. Diqqət olunmalı tək şey karbonhidrat tərkibli bəzi tərəvəzlərdən uzaq durmaq və kartof yeməməkdir. "Bu mənim üçün çox da asan deyil. Çünki bəzi qidalar var ki, onları çox sevirəm, lakin tərkibində karbonhidrat var. Misal üçün, mən ömrüm boyu çörək-pendir yeyərək yaşaya bilərəm".

http://imgs.su/tmp/1315311542-656.jpg
Canet Cekson: "Bir onu bilirəm ki, qardaşım Maykl mən özümü başa düşəndən bəri köklüyümə görə məni danlayıb. Açığı, iştahalı qadınam və yemək yeməyi sevirəm. lakin 900 kalorili vegeteryan dietamı, boks, qaçış və bəzi idman növlərini etdikdən sonra nəticəsini görəndə çox sevinirəm. İndi həftədə 6 gün, gündə iki saat yarım idmanla məşğul oluram. Anoreksiya və Blumia xətəlikləri isə demək olar ki, yox dərəcəsindədir. Bol-bol tərəvəz, toyuq və balıq yeyirəm yağ, krem və pendir kimi qidalardan uzaq dururam."

http://imgs.su/tmp/1315311651-656.jpg
Cenifer Eniston: "Yalnızca dieta olaraq deyil, yaşam tərzi olaraq "Zone"-ni tərcih edirəm. Gün ərzində 40 faiz karbonhidrat, 30 faiz protein və 30% yağ yeyirsiniz. Yəni, şəkərli və nişastalı qidaları azaldıb, ət, tərəvəz qidalarını artırırsız. Misal üçün, qəhvəaltinda yumurta, qatıq, günorta yeməyində salat, axşam yeməyində isə toyuq, balıq və qırmızı ət yemək olar. Əlavə olaraq həftədə 3 dəfə, 1 saatlıq idmanla məşğul olmaq olar."

http://imgs.su/tmp/1315311875-656.jpg
Madonna: "Vegeteryan olduğum üçün çox miqdarda tərəvəz yeyirəm. İtalyan yeməklərini çox sevirəm, xüsusilə d tərəvəz şorbası və Sezar salatını. Tərkibində heyvan yağı olmasına baxmayaraq "Fug Newton" biskivitlərini sevirəm. İdman məsələsinə gələndə isə, məsləhət görərdim ki, həddən çox idmanla məşğul olmaqdan uzaq durun. Mən vaxtımın çox böyü hissəsini idmana həsr edirdim, lakin sonradan başa düşdüm ki, bu vaxt itkisindən başqa heç nə deyil."

http://imgs.su/tmp/1315312070-656.jpg
Cenifer Lopez: "Qəhvəaltıda yumurtanın ağını, günorta yeməyində karbonhidrat tərkibli yemıklər, axşamlar isə salat yeyirəm. Qəhvə ilə bərabər şirniyyat yeməkdən heç cürə imtina edə bilmirəm. Davamlı idmanla məşğul oluram."

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 597
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri