Röyanın konsertində yaşananlar - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 643
Səs ver:
(səs: 3)
Müğənni Röya Ayxanın Heydər Əliyev Sarayında "Mənəm” adlı möhtəşəm konserti baş tutub.

Qadınlar.biz-in məlumatına görə, iki hissəsli konsertin aparıcılığını şoumen Murad Dadaşov edib. Bir-birinin ardınca sevilən mahnılarını səsləndirən ifaçı olduqca həyəcanlı görünüb. Möhtəşəm səhnə dekorasiyası, lazer şou, qeyri-adi işıqlandırma sistemi gecəni daha da əvəzolunmaz edib. Müğənni ifalarını Rusiyadan dəvət olunmuş rəqs qrupunun müşayiəti ilə səsləndirib. Konsertin ən maraqlı məqamlarından biri də Abbas Bağırov və Röyanın duet oxuması olub. Belə ki, "Bilərsənmi” mahnısını ifa edən Röya qonaqlar arasında Abbas Bağırovu görərək onunla zarafat edib. Daha sonra A.Bağırov mikrafonu götürüb və əyləşdiyi oturacaqdan Röya ilə duet oxumağa başlayıb.

Sonda Murad Dadaşov Röyanın oğlunu da səhnəyə dəvət edib və müğənninin həyat yoldaşı Anarla birgə necə mehriban ailə olduqlarından söz açıb. Bununla da Heydər Əliyev Sarayında keçirilən möhtəşəm konsert sona çatıb.

Xatırladaq ki, müğənni daha 3 gün sevənlərini ətrafına toplayaraq konsert verəcək.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri