Musa Musayev "Space"də dava saldı - video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 466
Səs ver:
(səs: 2)
Müğənni Musa Musayev, Təranə Qumral və prodüser Təranə Səmədova Space telekanalında "Günaydın” verilişinin qonağı olublar.

Manşet.Az-ın məlumatına görə əxlaq mövzusunda müzakirə zamanı cütlük verilişin aparıcısı Vüsalə Kərimovanı sıxışdırmağa başlayıblar. Bu məsələnin bağlandığını qeyd edən cütlüyün cavabını prodüser Təranə verib. Haqsızlığa dözmədiyini qeyd edən Təranə cütlüyü sərt tənqid edib. Əsəblərinə hakim olmayan Musa Musayev prodüserə hücum çəkib, söyüşlər havada uçuşub. Simsar.az xəbər verir ki, Təranə həyat yoldaşı Musanı sakitləşdirməyə çalışıb. Efiri tərk etməyə çalışan Musa Musayev masaya təpik vuraraq masanı və stəkanları sındırıb. Təranə Qumral isə yoldaşının psixoloji problemlərinin olduğunu qeyd edib. Prodüser Təranə Səmədova məsələ ilə bağlı belə söyləyir:

"Psixologiyasında problemi olan bir insan efirə buraxılmamalıdır. Gənclər bu insanlardan necə örnək götürsün? Bu adam çıxıb efirdə "arvadımı kişiylə tutdum” deyəcəksə, mənim uşağım bu adamlara niyə baxmalıdır? Mənə deyir ki, birinci qalmaqallarla səni tanımışam. Qalmaqalla məni gündəmə gətirən insanların üzərindən xətt çəkmişəm. Əgər onun üçün problemdirsə, onda niyə barışırdız? Öldüm gülməkdən…”.
[media=http://www.youtube.com/watch?v=ghibTMV7Hrg]
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 8 466
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri