"Hollivud ulduzu Ancelina Coli dünyanın ən gözəl qadınlarındandır və bir
çox kişi onunla öpüşə bilmək üçün hər şeyini fəda edər".
Manşet.Az xəbər verir ki, bu barədə "Hürriyət" qəzetində hazırlanan yazıda bildirilir.
Qəzetin
yazdıqlarına əsasən, Colinin "Wanted" ("Axtarışdadır") filmindəki tərəf
müqabili Ceyms Makevoy isə istisnalar sırasındadır. Belə ki, aktyor
onun haqqında heç də xoş sözlər deməyib. Ceyms Ancelina ilə öpüşməyi
"tərlədici və heç də xoş olmayan bir hal" kimi dəyərləndirib.