Məşhurları izləyən manyaklar - sorğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 106
Səs ver:
(səs: 1)
Hər bir Hollivud ulduzu onları izləyən manyaka sahibdir. Ulduzlar dəfələrlə belə manyakların qurbanı olublar.

Qadınlar.Biz xarici mətbuata istinadən, manyaklardan əziyyət çəkən Hollivud ulduzlarının siyahısını və onların başına gələn hadisələri təqdim edir:

Uma Turman – Düz iki il onu izləyən bir manyak ucbatından cangüdənlə gəzməli olub. 35 yaşlı Cek Cordan gecə-gündüz Uma Turmanın evinin yanında yatır, onu başqa kişi ilə gördüyü halda özünü öldürəcəyi ilə hədələyirmiş. Nəhayət, Cek polislər tərəfindən tutularaq həbsxanaya göndərilib.

Pamela Anderson – Evsiz Uilyam Piter nəinki Pamelanı, hətta onun uşaqlarını da izləyirmiş. Hətta Uilyam bir dəfə gizlincə Pamelanın yataq otağına girib, ona təcavüz etməyə çalışıb.

Mel Qibson – Ən maraqlı manyak Mel Qibsonun qarşısına çıxıb. O neçə illər aktyorun evinə gələrək, onunla birlikdə dua etməsini istəyib. Zak Sinkler iki dəfə həbs olunmasına baxmayaraq, yenə də Mel Qibsonu izləməkdən əl çəkmir.

Cenit Cekson – Roberto Qaprdner adlı şəxs müğənnini düz 9 il izləyib. Sonda onu əldə edə bilməyəcəyini anladıqda əlində bıçaq klip çəkilişi zamanı povilyona daxil olaraq, Cenit Ceksonu öldürməyə çalışıb.

Qvinet Peltrou – 49 yaşlı Dante Soiu gün ərzində aktrisaya beş məktub, yüzlərlə çiçək və şokoladlar göndərirmiş. Bundan təngə gələn Peltrou polisə şikayət edir. Araşdırmalar nəticəsində məlum olur ki, Dante əqli cəhətdən zəifdir.

Maykl Duqlas – Ən dəhşətli manyak bu aktyorun qarşısına çıxıb. Belə ki, Donet Nayt adlı şəxs aktyoru keçmiş həyat yoldaşı Ketrin Zeta-Consu doğrayıb, ətini itinə yedizdirəcəyi ilə hədələyib.

Sandra Ballok - Aktrisanı izləyən Marsiya Velentayn onun həyat yoldaşından boşanmasını istəyib. Hətta bir neçə dəfə o, aktrisanın həyat yoldaşını maşınla vurmağa çalışıb.

Madonna – Robert Hoskins adlı şəxs Madonnanı izlədiyi üçün 10 il həbsdə yatıb. Robert müğənninin evinə girərək, onunla evlənməyəcəyi təqdirdə Madonnanın başını kəsəcəyini deyib.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 106
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri