Şou əhli Elşadın əməlindən danışdı: "Vətənin çörəyi haram olsun"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 3 358
Səs ver:
(səs: 0)
Azərbaycanda şəhidlərimizin itkisinə ürəklərin yandığı bir məqamda reper Elşad Xosenin "İnstaqram" sosial şəbəkəsində "Çim-çim" başlığı altında paylaşdığı foto xalq arasında ciddi qalmaqala səbəb olub.

Qadınlar.Biz
Milli.Az-a istinadən verdiyi xəbərə görə, səhifənin ziyarətçiləri Xoseni ciddi şəkildə qınayıblar. Lakin şəhidlərin ruhuna olan bu hörmətsizliklə kifayətlənməyən reper sözlərini təsdiqləyən növbəti təhqiramiz video paylaşıb. Videoda da onu qınayanları təhqir edən Elşad Xose milli hisslərdən kənar ifadələr səsləndirib:

"Camaat istirahət etməsin ki, matəmdir? Axı matəm deyil. Bayrağı salanda biz də matəm edərik. Nabranda əyləncədə də olacam. Mən işimdən qalan deyiləm. Əsgərlər ölüblər, Allah rəhmət eləsin. Onlar bəs nə üçündürlər? Əsgər ölməyə gedib də... Qaçqınlar indi "xod gedirlər”. Yaxşı oğlanlar idiniz, orada axıradək dayanardınız.  Mən sənin yerinə gedib torpaq alacam?”

Elşad Xosenin özünəməxsus davranışına biganə qalmayan məşhur simalar lazım olan cavabı veriblər.

Əməkdar artist Firuzə İbadova: "Şəhid olmuş balalar bizim canımızdır. Allah onlara rəhmət eləsin. Elşad Xoseyə də ayıb olsun. Sözügedən kəs bilsin ki, əsgərlərimiz olmasa, o da dünyada olmaz”.

Prodüser Tolik: "Elşad narkomandır. Guya o kişidir? Zamanında Murad Dadaşov onu yaxşı sındırıb”.

Tanınmışlarla yanaşı vətəndaşların da reaksiyası gözlənilən olub:

Gülnarə Əliyeva: "Şəhidlərin anasının ahı səni tutsun. Ayıb olsun. Onların sayəsində yaşayırsan. Bu məsələdə ürəyi yanan insanların ailəsinə söyüşlər yağdırmaq üçün məhz Elşad Xose olmaq kifayətdir. Ondan daha artıq heç nə gözləmək mümkün deyil. Repləri ilə kimliyini az da olsa, ört-basdır edə bilirdi. İndi isə özünü bir heçə çevirdi...”

Araz İsmayılov: "Dövlətinə və millətinə xeyri olmayan birisən. Sənin heç özün əsgərlikdə olmamısan. Özünün qiyməti nədir ki, sözünün də dəyəri olsun? Ayıb olsun onun kimi kişiyə, vətəndaşa, sənət nümayəndəsinə”.

Toğrul Ağayev: "Ağzına gələni danışma. Sənin kimi biqeyrətlərə vətənin çörəyi haram olsun. O videoya baxanda istənilən insanın nifrət hissi ilə coşmaması mümkün deyil. Mən Elşadın statusunu oxuyanda düşündüm ki, bəlkə, kimsə bunu onun adından edib... Amma videonu görəndə, sözün əsl mənasında təəccübləndim. Bu qədər mədəniyyətsizlik necə mümkün ola bilər? Elşad o videonu çəkəndə və paylaşanda özündə olmayıb yəqin ki! Çünki əks halda, bu davranışın adı Elşadın daşıya bilməyəcəyi qədər ağırdır”.

Nanə Veysiyeva: "Sənin damarında Azərbaycan yox, erməni qanı axır. Elşad Xosedən bu cür açıqlama gəlməsi heç kəsi təəccübləndirməməlidir. Özü əsgər adının şərəfini daşımamış cılız birisidir. O necə anlaya bilər ki şəhid nə deməkdir? Əsgərliyə ölüm üçün gedildiyini düşündüyünə görə, özü əsgər olmayıb heç vaxt! Qaçqınları ağır ifadələrlə təhqir edən Xose, guya sənin yaşadığın torpağı əlindən alsalar, sən savaşacaqsan? Sən belə mübarizələrdən qorxduğun üçün nəinki şəhərindən, hətta ölkəndən qaçarsan...”.

Nurlan: "Gərək matəm günü elan olunsun? Elşad Xose sənin öz mədəniyyətin yoxdur ki, şəhid vermişik? Allah sənə lənət eləsin! Onun kimilərinin düşüncələri elə öz dəyərləri qədərdir. Elşadın kim olduğunu bütün xalq bilir. İgid öldü, adı qaldı, Elşad ölsə nəyi qalar geridə?”
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 3 358
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri