Portuqaliya, Rumıniya və Fransadan olan bir qrup gənc Ukraynaya dəstək aksiyası keçiriblər.
Ölkə.az xəbər verir ki, gənclər dünya ictimaiyyətinin diqqətini Donbasda baş verən qanlı müharibəyə cəlb etmək üçün qeyri-adi bir metoda əl atıblar.
Qırmızı qan rəngində boyanı başlarından tökərək Rusiyanın Donbasda yürütdüyü hərbi kampaniyanı qınayan gənclər, aksiyanın videosunu internetdə paylaşıblar.