Bakıda qadınların intim yerlərinə baxan kişi peyda olub. Qadinlar.biz-ın
məlumatına görə, bu barədə sosial şəbəkədə manyakla rastlaşan xanım
yazıb.
Arzu adlı xanım yazır ki, uşağını 27 saylı orta məktəbə qoyub geri qayıdarkən metroda gördüyü hadisədən dəhşətə gəlib.
"Metronun "28 may" stansiyasının eskalatorunda düşərkən təxminən
dizindən olan yubka geyinmiş 40-45 yaşlı qadın qalxırdı. Onun arxasında
isə 50 yaşında kişi dayanmışdı. Həmin kişi əlindəki yük bağlamasını
qadının ayaqları arasına itələdi. Sonra isə tez-tez əyilib yükü
eşələyirdi. İlk olaraq onun niyə belə hərəkət etdiyini anlamadım. Amma
şübhəli hərəkətləri diqqətimi cəlb etdi. Yaxınlaşanda gördüm ki,
bağlamanın üstünə güzgü yapışdırıb və güzgü vasitəsilə qadının
yubkasının altına baxır. Özümü saxlaya bilməyib həmin kişini nalayiq
söyşlərlə söydüm. Onu söyəndə isə heç nə olmamış kimi qulağına telefonu
tutaraq yalandan danışmağa başladı. Qadınlara məsləhət görərdim ki, bu
barədə məlumatı hamı ilə bölüşsünlər və şəhərdə diqqətli olsunlar”, -
deyə manyakla üz-üzə gələn xanım yazır.
Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsindən onlarda belə bir fakt və Heç bir şikayət
daxil olmadığını bildirdilər