Bakıda küçə kriminalı: müğənni qızı xilas etdi

Müəllif: Antikvar
Şərhlər: 8
Baxılıb: 3 047
Səs ver:
(səs: 0)
Müğənni Məryəm Şabanova küçədə rastlaşdığı olaydan həddən ziyadə həyəcanlandığını, amma özünü itirməyərək yardıma yollandığını bildirib.

Qadinlar.biz bildirir ki, M.Şabanova Facebook-dakı profilində yazıb: "Məktəbdəki oğlumun arxasınca bir saat tez yollandım ki, maşını yuduzdurum. Yarım saata işlərimi bitirdim və maşını məktəbin yaxınlığında saxlayıb rəfiqəmlə internet vasitəsilə söhbətləşməyə başladım. Məktəb, uşaqlar, divar kağızları barədə danışırdıq və yolun əks zolağı ilə hərəkət edən maşının yanımda dayandığını görmədim. O "dayanmağın" mənə əsla dəxli yoxdu.
Qəflətən qadın qışqırtısı eşitdim. Sükan arxasında 30 yaşlı oğlan vardı, arxa oturacaqda da başqa oğlan oturmuşdu. Arxada oturan oğlan maşından çıxmağa, qurtulmağa çalışan qızı geri dartırdı. Qızın üzünün yarısı saçları, yarısı da oğlanın əli ilə örtülü idi. O, birtəhər qurtuldu və qapını açdı. Maşının dayanmasının da səbəbi bu imiş.

Sürücü qapını çırpıb avtomobildən çıxdı, sonra yenə geri qayıdıb oturdu. Qız isə qışqırmağa davam edirdi.
Onların maşını yerindən tərpənməmiş avtomobili işə saldım və geri dönərək onların arxasına düşdüm. Möhkəm siqnal verirdim! İki məhəllə sonra maşını ötüb keçdim və qarşısında durdum. O maşın da dayandı, sürücü başını pəncərədən çıxarıb qışqırmağa, "Xanım, bu dəlidir, fikir verməyin" deməyə başladı.

Maşından düşdüm, sanki ölümsüz təki onlara tərəf getdim.
"Dəlilər dəlixanada olur, onları sürüyüb maşına salmırlar!" qışqırdım.
Qız fürsətdən istifadə edib qaçdı, maşının arxa oturacağındakı oğlan da onun dalınca, sürücü də onların arxasınca.
Mən də onların arxasınca...

Camaat laqeyd qalmadı. Qızın qışqırığı diqqəti cəlb etdi və oğlanları dayandırdılar.
Sürücü və onun yanındakı oğlan məni inandırmağa çalışdılar ki, qız dostlarının sevgilisidir, onlar mübahisə ediblər.
Mənsə qışqırırdım: "Heç bilirsiniz kənardan necə görünürdünüz?! Bəlkə, onu zorlamaq, döymək istəyirdiniz?!"
Sürücü dili topuq vuraraq soruşdu ki, polisə zəng vurmamışam ki...

Dedim ki, yerliyəm.
"Nəsə baş verdiyini eşitsəm, zəng vuracağam. Üstəlik, üzünüzü də bütün küçə gördü".
Bax, belə...

Anam dedi ki, anormalam. Laqeyd olmayın. O avtomobilin arxa oturacağındakı xanım kiminsə qızı, kiminsə bacısıdır..."
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri