Tarixin ən məşhur intim qalmaqalları - siyahı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 314
Səs ver:
(səs: 0)
Tarixin ən çox müzakirə olunan qaranlıq tərəflərindən biri evlilik və seks qalmaqallarıdır.
Qadınlar.Biz Roma imperatorluğundan tutmuş ABŞ-a kimi, tarixdə baş verən 10 ən böyük seks skandalı siyahısını təqdim edir.

Roma imperatoru Yuli Sezarı özünə aşiq edən, daha sonra isə romalı komandir Markus Antoniusla eşq yaşayıb, 3 uşaq sahibi olan Kleopatra bu siyahıda birinci sıradadır.

16-cı əsrdə İngiltərəni idarə edən 8-ci Henri düz 6 dəfə evlənib. Tüdor xanədanlığından olan 8-ci Henrinin həyatına dair film çəkilib.

Rus Çarı Petronun nəvəsi Peter ilə evliykən gizli sevgi yaşayan Çariça Katerina seks skandalları siyahısında üçüncü sırada yer alır.

ABŞ-ın keçmiş prezidenti Bill Klintonun köməkçisi Monika ilə oral sekslə məşğul olması uzun müddət müzakirəyə səbəb olmuşdu. Lakin prezidentin xəyanətə uğramış xanımı Hillari Klinton ərinin arxasında duraraq, bu skandalın istefayla nəticələnməsinin qarşısını almışdı.

Vallis Simpsonla sevgi yaşayan İngiltərə kralı 8-ci Edvard adı seks skandalına qarışan tarixi şəxsiyyətlərdən olub.

1947-ci ildə Hindistandan geri çəkilməyi söz verən İngiltərə danışıqlar üçün Lord Louis Mountbatteni Hindistana  göndərir. Hindistanın ilk prezidenti Cavaharal Nehru Lordun xanımı ilə eşq yaşasa da xalqın üsyanından qorxduğu üçün münasibət gizli saxlanır.

Kanada "Diefenbaker” hökümətində yer alan bəzi nazirlərin adı Rusiya agentləri ilə seks skandalına qarışmışdı.

1801-09-cu illərdə ABŞ prezidenti Tomas Cefferson evindəki qulluqçusu ilə münasibət yaşayıb. Daha sonra edilən DNA analizləri nəticəsində qulluqçunun doğduğu 6 uşağın atasının Cefferson olduğu öyrənilsə də, bu iddialar o vaxt təkzib edilirdi.

Zimbabvenin keçmiş prezidentlərindən olan Canaan Banana 1980-87-ci illər idarəçiliyi dövründə lesbiyan münasibət və işçilərə qarşı cinsi istismarın da daxil olduğu başqa 11 cəzaya görə məhkəmə önünə çıxarılaraq təqsirkar bilinmişdi.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 314
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri