Xalq artisti Nazpəri Dostəliyeva hicabdan danışıb. Anspress-in məlumatına görə, "İncə maraqlar”ın qonağı olan sənətçi hicabla bağlı maraqlı fikirlər səsləndirib. Xanım sənətçi bildirib ki, qadına məcburi hicab bağlatdırmaq düzgün deyil. Bu qadının daxilindən gəlməlidir.
"Düzdür, hicab xanımlıq rəmzidir. Qapalı olan şey daha maraqlıdır. İnsan yaşa dolanda din yoluna qayıtmaq, vaxtı-vaxtında namazını qılmaq, dualarını etmək, hicab bağlamaq istəyir. Mən yenə deyirəm hicabın əleyhinə deyiləm. Lakin qadınlarımızın gənc yaşlarında hicab taxması, məncə, düzgün deyil. Çünki onlar da başqaları kimi azad olmaq istəyir, saçlarını açmaq, formaya salmaq və makiyaj etmək istəyir".
N.Dostəliyeva xanımların qapansa, hicab taxsa belə, həmişə gözəl, baxımlı olmalı olduğunu deyir: "Hər bir şey, hətta zinət əşyaları belə yerində olmalıdır".