Röya ilə aparıcı arasında qalmaqal: “Mənim haqqımda əsl kişi danışsın...”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 4 091
Səs ver:
(səs: 1)
Müğənni Röya Ayxanla ANS-in aparıcısı İsa Şükürov arasında qalmaqal yaşanıb.

Qadınlar.Biz
`in məlumatına görə, aparıcının "Şəbəkə” verilişinin "Facebook” səhifəsində Röya ilə bağlı paylaşılan "Səmimi bir söz deyim: yaxşı ki, nə əməkdar, nə də xalq artistiyəm. Yoxsa, "Facebook" səhifəmdə heç 36 izləyicim olmazdı. Mənə belə də yaxşıdır. 363 min nəfər izləyicimi öpürəm" xəbərinə yazdığı "Tükənmə sindromu” buna deyirlər. Şakiranı 104 milyon insan izləyir. Və bu izləyicilərə görə yalnız təşəkkür statusu paylaşıb. O daha durub Madonnaya söz atmayıb ki, sənin heç 20 milyon izləyicin yoxdur. Bu cür ucuz və cılız statuslar elə Röyaya yaraşır” fikri qarşı tərəfi özündən çıxarıb.
Röya sosial şəbəkədə məsələ ilə bağlı bunları yazıb:
"Dedilər ki, İsa Şükürov adında biri efirdə nəsə danışıb. Onu tanıyan varsa, deyin Röya dedi ki, ağıllı ol, sənin ağlını alaram. "Hinduşka”lara söz verilmir. Mənim haqqımda ya əsl kişi danışsın, ya da qadın. "Yarımadamcıq”lar sussun. Hamınızdan bunu sizlə bölüşdüyümə görə üzr istəyirəm. Xoşuna gəlməyən xoş getdi”.
 
 
 
(səs: 1)
Şərhlər: 14
Baxılıb: 4 091
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri