Müğənni Xəyyam Nisanov həmkarı Röya Ayxanla işbirliklərində yeniliklər edəcək.
Qadınlar.Biz`in məlumatına görə, "Hər şey daxil” verilişində qonaq olan X.Nisanov yeni çəkdirdikləri klipdən danışıb:
"Sabah montaj işi bitəcək. İki-üç gündən sonra bizə təhvil veriləcək. Hələ klipi görməmişəm. Çəkilişdən bilirəm ki, maraqlıdır. Gecə Murad Ariflə İstanbula getdik, səhər saat 8-də hazırlaşdıq, paltarları seçdik. Günorta saat 3-4 arası çəkilişlər başladı. Röya ilə səhərə kimi davam etdi. Bilirəm ki, müxtəlif rəylər olacaq, fikirlər səsləndiriləcək: deyəcəklər, bu nə maşındır, köhnədir, 50 ilindir. Hər şeyə hazıram. Bizim üçün əsas pul deyildi. On minə başa gəlsin, amma dəqiqlik olsun. Burada bir həftə deyir, on gündən sonra təhvil verirlər. Orada isə konkretdirlər, dedikləri vaxtda da klipi təqdim edirlər. Bu ekran işindən sonra Röya ilə Türkiyədə daha bir layihəmiz olacaq. Duet oxuyacağıq”.
Qeyd edək ki, Röya və Xəyyam "Sənə ehtiyacım var” adlı mahnını duet şəklində oxuyub, klip çəkdiriblər. Sözləri və musiqisi Murad Arifə aid olan bəstənin ekran həlli türkiyəli rejissor Müjdat Kupsiyə həvalə olunub.