Keyxanım: "Boşandıq, peşman deyiləm"

Müəllif: Antikvar
Şərhlər: 10
Baxılıb: 3 633
Səs ver:
(səs: 1)
Musiqili Komediya Teatrının aktrisası, Keyxanım kimi tanıdığımız aktrisa, şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib

Qadinlar.biz
publika-ya istinadən xəbər verir ki, aktrisa vaxtilə otaq yoldaşı tərəfindən ailəsinin dağıldığını deyib:

"8 ildir ki, həyat yoldaşımdan ayrılmışam. 23 yaşım vardı, bir yerdə işlədiyim bir oğlan tərəfindən sevildim. Bir il yarım nişanlı qaldıq, sonra toyumuz oldu. Hər şey çox yaxşı idi, xoşbəxt yaşayırdıq. Bir ildən sonra ildırımlar çaxdı, hər şey alt-üst oldu. Boşandıq. Çünki gedən adamı yola salmaq lazımdır. İndi buna görə heç peşman da deyiləm”.
 
Amma aktrisa buna görə zamanında çox depressiyaya düşdüyünü bildirdi: "Demək olar ki, özümə gələ bilmirdim. Çox pis depressiya yaşadım. Özümə fikir vermirdim, sanki həyat mənim üçün mənasını itirmişdi. Müəllimim, xalq artisti Afaq Bəşirqızı məni, demək olar ki, silkələdi, dedi ki, bir özünə bax, gör nə haldasan. Yaxın rəfiqəm aktrisa Tünzalə Əliyeva mənə həmin vaxt bir mesaj yazdı, indi də onu saxlayıram. Dostların köməyi nəticəsində ayağa qalxdım və keçmişin üzərindən xətt çəkdim”.
 
Hazırda özünü xoşbəxt saydığını deyən aktrisa  həyatını dağıdan o qadına da minnətdar olduğunu gizlətmədi: "Mən indi o qadına çox sağ ol deyirəm ki, bizi ayırdı. O qadın mənim otaq yoldaşım idi”.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 633
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri