Diqqət çəkən Xatirə İslam yenidən gündəmdədir fotolar

Müəllif: Menim balam
Şərhlər: 12
Baxılıb: 4 823
Səs ver:
(səs: 3)
Hər zaman çılğın və emosional açıqlamaları, sərt xarakteri ilə diqqət çəkən Xatirə İslam yenidən gündəmdədir
hazırda həmkarı Rüfət Axundovla səyahətə çıxan müğənninin adı ətrafında xoşagəlməz söz-söhbətlər dolaşır.

Belə ki, sosial şəbəkədəki izləyiciləri İnstagram bloqunda paylaşdığı fotolarına yazdıqları şərhlərdə Xatirənin Rüfətlə sevgili olduğuna işarə vurublar.

Bu isə Xatirəni özündən çıxarıb. Bərk qəzəblənən Xatirə İslam izləyicilərinə ağır sözlər deməkdən çəkinməyib:

"Şəklimin altında "qatıqlayan” səviyyəsizlər, ailəm məni Rüfətə qısqanmaz. Ağıllı olun! Rüfəti tanıyanda mənim 7 yaşım var idi. Görün, nə qədər bədbəxtsiniz ki, dostluğun dəyərini anlamırsınız. Dost olmağı bacarmırsınız. Məni bəyənməyən insan profilimdən rədd olsun”.

Onu da bildirək ki, Xatirə İslamla Rüfət Axundov Məhərrəmlik ayından və toyların olmamasından istifadə edərək birlikdə səyahətə çıxıblar. Səyahətdən paylaşılan fotolarda onların həyat yoldaşları yoxdur. Halbuki, Xatirə həyat yoldaşı ilə getdiyi məkanlardan onunla da fotolarını paylaşır.

Xatirənin və Rüfətin prodüserləri bildiriblər ki, müğənnilər Bakıya noyabrın 20-də qayıdacaqlar.

Xatırladaq ki, 2012-ci ilin iyununda hərbiçi Fəxrəddin bəylə ailə quran Xatirə İslamın Emil adlı oğlu var.

Rüfət Axundov da 2007-ci ildə ailə qurub.
 

 

 

 

 


(səs: 3)
Şərhlər: 12
Baxılıb: 4 823
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri