Məhərrəm ayında toyların olmamasından səmərəli istifadə edən müğənni Nadir Qafarzadə Rusiyada dincəlir.
Onun paytaxtda olmamasından istifadə edən, qalmaqal etmək istəyən dırnaqarası şou nümayəndələri var:
"Bir çox müğənnilər kimi mənim də gəlir yerim toylardır. Amma bildiyiniz kimi məhərrəmlik olduğuna görə toylar yoxdur. Bu fürsətdən istifadə edib, dincəlirəm. Amma dincəlməyə də imkan vermirlər. Adımı çəkib, reklam olunmaq istəyirlər. Mənsə heç kimi reklam etmək fikrində deyiləm. Amma bu o demək deyil ki, susuram. Heç kimdən çəkinmirəm. Sadəcə ad çəkmirəm. Deyirəm ki, ağıllı olsunlar. Çaşmasınlar. Bilsinlər ki, mənə maraqlı olan öz işlərimdir. Kimisə reklam etmək mənim işim deyil. Hazırda Rusiyada dincəlirəm. Həmkarım Natavan Həbibi də buradadır. Ona görə də bütün söz-söhbətlərdən kənar gəzmək istəyirəm. Helə bir neçə gün burada qalmağı düşünürəm. İnşallah, Bakıya qayıtdıqdan sonra yaradıcılığımda olan yeni işləri təqdim edəcəyəm. Xeyli mahnılar yazdırmışam. Düşünürəm ki, yeni mahnılarım əvvəl ifa etdiyim mahnılar qədər seviləcək”.
Qeyd edək ki, hazırda Rusiyada dincələn N.Qafarzadə həmkarı N.Həbibi ilə orada təsadüfən rastlaşıb. Bir neçə gündür ki, eyni şəhərdə olan məşhurlar fotolarını çəkərək "İnstagram” səhifələrinə qoyublar.