Vəfa Zeynalova: Kişilər xoşlayırlar… "Mən işdəyəm” deyib, istədiyi yerə gedə bilər, evə qayıdanda isə "işdən gəlmişəm” deyirlər. Aktrisa Vəfa Zeynalova qısqanclıq hisslərindən danışıb Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, "İncə Maraqlar” verilişində qonaq olan əməkdar artist, aktrisa Vəfa Zeynalova teleaparıcının qısqanclıqla bağlı qonaqlara ünvanladığı sualı cavablandırıb. "Qısqanc olmasaq, sevməyi bacarmarıq. Hansı kişini qısqanmırlarsa, o kişi aqressiv olur. Kişilər xoşlayırlar onları qadınlar qısqansın. Həm də ki, sevginin ləzzəti qarşılıqlı qısqanclıqdadır. Bu olmasa, həyatın marağı itər.” – deyə V.Zeynalova bildirib. O, kişilərin "özünə güvənən insan qısqanmaz” fikrinə münasibətini bildirib: "Bu sözlər onlara sərf elədiyi üçün deyirlər. Əllərində bir məqsəd olmasını istəyirlər. "Mən işdəyəm” deyib, istədiyi yerə gedə bilər, evə qayıdanda isə "işdən gəlmişəm” deyirlər. Bu hərəkəti ilə öz qadınını sakitləşdirir.”