Müğənni İradə İbrahimli "Gündəlik” verilişinin qonağı olub.
Sənətçi qardaş ölkədə "O səs Türkiyə” yarışmasında böyük səs-küy yaradan Elnur Hüseynovla bağlı danışıb:
"Elnur bu gün türklər üçün çox maraqlı insandır. Gündəmdədir, aktualdır. İstifadə edəcəklər, sonra kənara atacaqlar. Ağılları olsa, atmazlar. Gözəl səsi var deyə, o ora çəkir, bu bura. Elnurun o müsabiqəyə çıxmağı onlar üçün reklamdır. Çünki Elnur münsiflərin arasında otura biləcək müğənnidir. Elnur ora adi bir ifaçı kimi getdi deyə onu qəbul etdilər. Əgər əlində albomu ilə getsəydi, ona bu qədər diqqət göstərməzdilər”.