Müğənni Fədayə Laçın həyat yoldaşından boşanmasının səbəbini açıqlayıb.
"Gün üzü” verilişinə qonaq olan ifaçı 18 yaşı olarkən ərinin onu atıb getdiyini deyib:
"Oğlumun 1 yaşı var idi, onda müğənni deyildim. Həyat yoldaşım məni atıb getdi Rusiyaya. Uzun müddət ondan bir xəbər çıxmadı. O vaxt qısqanclığından evə telefon da çəkdirmirdi. Beləcə ayrıldıq. Bədbəxt deyiləm. Allah mənə səs, sənət verdi. İşlədim, oğlumu böyütdüm. İndi övladımın 20 yaşı var. Atası gəlib-gedir, oğlunu görür”.