"Kişinin dəlisini sevirəm" - Təranə Qumral

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 4 017
Səs ver:
(səs: 1)
Müğənni Təranə Qumral hər kəsi təəccübləndirib. Xanım ifaçı sevdiyi kişi tipini açıqlayıb. Sakit, dilsiz-ağızsız kişiləri bəyənmədiyini eitraf edən T. Qumral həyat yoldaşı, 21 ildir ki, evli olduğu ömür-gün yoldaşı Musa Musayevin cəsarətini, igidliyini sevdiyini qeyd edib:

"Musanın hayı-küyü var. Mən kişinin dəlisini sevirəm. Mən qoyun kimi kişiləri sevmirəm.  Kişilərimiz igid olmalıdır. Vuran yıxan... Musa nə qədər əsəbi olsa da, hətta, kimisə öldürməyə qalxsa, Təranənin bir baxışı onun üçün hər şeyə dəyər. Özü deyir ki, mən bütün addımlarımı Təranəyə görə atıram”.

Müğənni həmçinin Musa Musayev ilə ailə qurarkən həyat yoldaşının kasıb olduğunu bildirib.

"Mən Musa ilə ailə quranda bir şalvarı, bir köynəyi olub. Heç nəyi olmayıb. Heç maşını da olmayıb. Mən Musanın özünü sevib ailə qurmuşam. 21 il yalandan bir yerdə yaşamaq olmaz”.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 4 017
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri