Dünyanın ən uğurlu insanlarının çoxu gün ərzində cəmi 3-4 saat yatırmış.
"Dailymail”-ə istinadən dünya liderlərinin yuxu saatlarını açıqlayır. Belə ki, İngiltərənin "Dəmir ledi”si olmuş mərhum Marqaret Tetçer gün ərzində cəmi 4 saat yatarmış.
İtalyan siyasətçi, sabiq baş nazir Silvio Berluskoninin 2-4 saat arası, Barak Obamanın isə 6 saatlıq yuxu rejimi var.
"Microsoft” yaradıcısı Bill Qeytsin normal yuxu rejimi (7 saat) olsa da, milyarder Donald Tramp cəmi 3-4 saatlıq yuxu ilə kifayətlənir.
Milli Yuxu Fondu (National Sleep Foundation) 18-64 yaş arası insanlara 7-9 saat yatmağı məsləhət görsə də, yuxusunu ala bilməyənlərin də sayı az deyil. 1401 nəfərin rəyi əsasında hazırlanmış infoqrafikadan da göründüyü kimi, siyasətçilərin və mühəndislərin yuxu saatları, demək olar ki, eynidir.
Məşhur rəssam Leonardo Da Vinçi də qəribə yuxu rejiminə malik insanlardan olub. "Uberman” tsikli adlanan rejimlə işləyən rəssam hər 4 saatdan bir 20-40 dəqiqəlik yuxu yatarmış.
Amerikan neo-futuristik memar Riçard Bakminster hər 6 saatdan bir 30 dəqiqəlik yuxu fasiləsi verərmiş.
Keçmiş baş nazir Uinston Çörçil isə gecə 4 saatlıq yuxudan əlavə gün ərzində də 90 dəqiqə yatarmış.
Təl-Əviv Universitetinin mütəxəssisləri bölünmüş və az yuxunun piylənməyə, qan təzyiqinin, xolesterolun yüksəlməsinə, 2-ci tip diabetə səbəb ola biləcəyini deyirlər.