Julie Fitzgerald 2 yaşlı oğlunun gözünün birinin normal olmadığını hiss etsə də buna tam əmin olmuyub. Çünki uşağın gözləri xaricdən çox normal görünürdü. Facebook-da "Sadəcə şəkillərdə göz bəbəyində görünən ağ ləkə göz xərçənginin əlaməti ola bilər.” xəbərini oxuduqdan sonra oğlu Averynin şəklini çəkib və həqiqətən gözün birində ağ ləkə görüb. Ana 2 yaşlı körpəsini tez həkimə aparıb və uşağa "retinoblastoma” diaqnozu qoyulub. Tam vaxtında aşkarlanan xəstəlik uşağın digər özünə və qanına yayılmadan cərrahi yolla aradan qaldırılıb. "İndi oğlumun vəziyyəti çox yaxşıdı və oğlumun həyatını bir şəkillə xilas etdiyimə hələ də inana bilmirəm” deyə ana bildirib.