Emin: "Cennifer Lopeslə duet oxumaram" - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 126
Səs ver:
(səs: 1)
Müğənni-bəstəkar Emin "Leaders” dərgisinə müsahibə verib.

İfaçı dünya ulduzu Cennifer Lopeslə dostluğundan danışıb. O, "Yaxın günlərdə hansısa bir dünya ulduzu ilə duet oxumaq planınız var” sualına belə cavab verib:

"Mən Çarli Uilyamsla duet oxumuşam. Məşhur ulduzlara gəldikdə isə Cennifer Lopeslə dostluğumuz var. Duetimiz isə olmayacaq. Boksla məşğul olmuşam. Rinqə çıxanda sənin rəqibin çəkinə uyğun biri olur. Cennifer Lopeslə duet oxumaq isə mənim aləmimdə nəhəng biri ilə rinqə çıxmağa bənzəyər. Bu danışılmış, istifadə olunmuş bir mənanı verəcək. Ona görə də Lopesə Eminlə duet lazım deyil. Böyük sənətkarlarla oxumaq üçün, böyük sənətkar olmaq lazımdır. Ona görə də məndən səs-küylü duet gözləməyin”.

Biznesindən danışan Emin atasından ayrı açdığı iş yerlərini açıqlayıb:

"Mənim məhləm var. Tez-tez restoranlar açıram. Saat brendinin satışı ilə məşğulam. "Time to eat” adlı dərgim, "Crocus TV”im var. Öz komandamla qurduğum bütün işlərimi də ailə biznesinin bir hissəsi hesab edirəm. Xəyalımda olan bizneslərim çoxdur. Zamanla onları reallaşdırıram. İki "Vegas” ticarət mərkəzi açdıq. Üçüncünü planlaşdırmışam. Bu daha maraqlı və fərqli olacaq”.

Müğənni əkizləri Əli və Mikayıldan da bəhs edib:

"Onlara çox vaxt ayıra bilmirəm. Onlar başqa ölkədə yaşayırlar. Hər həftə yanlarına gedir, səhərdən gecəyə kimi onlarla oluram. Evdə böyük uşaq kimiyəm. Çox şən oluram. Böyük ev tikdirmişəm, oğullarım Moskvaya gələndə onlarla orada qalıram. Maraqlı vaxt keçirirk”.

Emin heç bir stilistlə çalışmadığını geyimlərini özünün seçdiyini bildirib:

"Nəyi bəyənirəmsə, onu da geyinirəm. Bəzən klip çəkilişlərində stilistlər libaslar geyinməyimi təklif edirlər. Bu mübahisə hər zaman mənim qalibiyyətimlə nəticələnir. Mən qarderobumda nə varsa, onu geyinir kamera qarşısına çıxıram. Formada qalmaq üçün idman edirəm. Vaxtım olanda futbol oynayır, boksla məşğul olur, velosiped sürürəm. Ya da idman zalına gedirəm. Restoranlarım çoxdur. Şam yeməyini hər gün birində edirəm. Gün ərzində baş verənlərlə bağlı məlumatlar alır, günü xoş başa vururam. Özüm dadlı pomidor-yumurta bişirirəm”.

Sevimli şəhəri – Moskva

Maşını – Range Rover

Əgər ev heyvanı saxlayarsa – pişik

Kişi mütləq... – Maşın sürməyi bacarmalıdır.

Əgər mənə pisdirsə - Sükan arxasına keçirəm.

İnsanlarda sevmirəm – Qeyri-səmimiliyi.

Həftəsonunu xaricdə keçirmək istəsəm – Bakıya gedərəm.

Sevimli musiqi qrupu – "Queen”.

Sizin üçün lider kimdir – Atam

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 126
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri