Azərbaycanlı model: Atam olsaydı... – FOTOSESSİYA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 1 788
Səs ver:
(səs: 1)
"Atamın yanımda olmasını istəyirəm”.

Gənc model Adel Nağı kamera qarşısına keçib.

Çəkilişlər Bakı kəndlərindən birində baş tutub.

Modellik sahəsinə yeni qədəm qoyan 21 yaşlı Adel bu sənətə dostlarının təkidi ilə başlayıb:

"Boyum uzun olduğu üçün uşaqlıqdan mənə deyirdilər ki, model ol. 4 yaşımda valideynlərimi itirəndən sonra üç qardaşımla uşaq evində yaşadıq. Orada bizə çox yaxşı baxırdılar, valideyn boşluğunu hiss etmirdim.

İndi isə atamın yanımda olmasını istəyirəm. Atam olsaydı, bəlkə, fərqli həyatım olardı, indi Yevlaxda yaşayardıq, bəlkə də evlənmişdim, uşaqlarım vardı. Modellikdən də uzaq idim. Uşaq evində də bizə baxan xanım məni "maneken qızım” deyə çağırırdı.

Dostlarım da bildirirdilər ki, uzun boyun var, gözəl olmasan da, üz quruluşun fərqlidir. Amma bu sahədə uğur qazanacağıma inanmırdım. Daha sonra agentliyə müraciət etdim və modelliyə başladım. Mən bu məsləkdə pul güdmürəm, əsas işimi həvəslə görməyimdir.

"Venera” model agentliyində çalışıram, brendlərin reklamlarında çəkilirəm, uğur qazanmağa başlamışam. Ən böyük arzularımdan biri Çinə gedib modellik təhsil almaqdır”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 1 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri