Çoxları onu "Tatlı küçük yalancılar” serialından tanıyır.
Daha öncə "Yol ayrımı”, "Vicdan” və "Boynu bükükler” adlı seriallarda
rol alsa da, ulduzunun parlamasında son işinin daha böyük rolu var.
Söhbət gənc aktrisa Bensu Soraldan gedir. 25 yaşlı gözəl aktrisa
makiyajsız üzü, sadə stili və cazibədarlığı ilə gündəmdə qalmağı
bacarır.
Hazırda ekrandan uzaqlaşıb yarımçıq qalan təhsilini
tamamlamağa çalışan aktrisa "Elle” jurnalının Türkiyə versiyasına
maraqlı müsahibə verib.
- Aktrisa olmağa necə qərar verdiniz?
- Bacım aktrisa olduğu üçün çoxlu rejissor, prodüser, aktyor
tanışlarım var idi. Hamısı da serialda rol almağımı və ya filmə
çəkilməyimi istəyirdilər. Ancaq aktyor və aktrisaların işlərinin nə
qədər çətin olduğunu, nə qədər gərgin şəraitdə çalışmalı olduqlarını
gördüyüm üçün bu təkliflərə müsbət reaksiya vermirdim. Ağlımın ucundan
belə keçmirdi. Lakin indiki menecerim o vaxt məni aktrisa olmağa razı
saldı. İndi deyirəm, yaxşı ki, özümü sınamışam. Çünki bu peşəni çox
sevirəm.
- Bu sahədə özünüzü inkişaf etdirmək üçün nə edirsiniz? Xüsusi qaydalarınız varmı?
- Məncə, yaxşı aktrisa olmaq üçün müşahidə qabiliyyətinə
yiyələnməlisən. Ona görə də, çoxlu xarici serial və film izləyirəm. Ən
əsası isə, bu sahədə təhsilimi davam etdirirəm.
- Aktrisa kimi fəaliyyət göstərə bilmək üçün təhsilinizi
dondurmuşdunuz. İndi isə tamamlayıb məzun olmağa çalışırsınız. Yenidən
tələbə olmaq fikri haradan ağlınıza gəldi?
- Universitetə qayıtmağı çox istəyirdim. Çünki bir az da vaxt
itirsəydim, heç vaxt təhsilimi tamamlaya bilməyəcəkdim. Dostlarımın
hamısı məzun olub, indi universitetdə demək olar ki, heç kimi tanımıram.
Sadəcə, yaxın dostlarımdan biri mənimlə birgə təhsilə davam etməyə
qərar verdi. Onunla gedib-gəlirik. Mənim üçün əyləncəli keçir.
- 10 il sonra özünüzü harada görürsünüz? Yenə bu işlə məşğul olacaqsınız?
-Təbii ki. Bu peşədə irəliləməyi düşünürəm. Ancaq düzünü desəm,
nəinki 10 il sonra üçün, heç 10 gün sonra üçün də plan qurmuram. Zaman,
şərait və ruh halımdan asılı olaraq, hər şey baş verə bilər.
- Başqa bir ölkədə yaşamaq istəyərdinizmi? Özünüzü hansı şəhərə və ya mədəniyyətə aid hiss edirsiniz?
- Amerikada yaşamaq istəyirəm. Türkiyəni çox sevirəm, ancaq fərqli ölkələri gəzmək ən böyük arzumdur.
- İstanbulda hətta avtomobil sürmək belə təhlükəli olduğu halda, siz motosikletdən istifadə edirsiniz. Qorxmursunuz?
- Səkkiz ildir ki, motosiklet sürücüsüyəm. Qardaşım motosikleti çox
sevdiyi üçün bu nəqliyyat vasitəsinə balacalıqdan öyrəşmişəm. İndi hava
yaxşı olanda hər yerə motosikletlə gedirəm. Düzdür, belə şəhərlərdə
motosiklet sürmək təhlükəlidir, ancaq tıxacda qalmamaq üçün ən yaxşı
seçim də elə budur.
- Eşq haqqında nə düşünürsünüz? Bensu Soral aşiq olanda həyatında nələr dəyişir?
- Eşq dünyanın ən gözəl duyğusudur. İnsanı sağaldır. Eşqi doyunca yaşayıram.
- Çox gözəl qadınsınız. İnsanları gözəlliyinizdən başqa hansı xüsusiyyətlərinizlə özünüzə cəlb edirsiniz?
- Çox təşəkkür edirəm. Məncə, insanı gözəlləşdirən mənalı baxışlardır. İnsanlar baxışlarımdakı səmimiliyi hiss edirlər.
- Bir kişinin ilk diqqətinizi çəkən hansı xüsusiyyəti olur?
- Həm kişilərin, həm də qadınların baxışlarına diqqət yetirirəm.
Danışarkən gözlərini qaçıran insanlarla söhbətləşmək xoşuma gəlmir.
Gözlərimin içinə baxmadan danışan kişi ilə dostluq münasibəti belə qura
bilmərəm. Bir də ağıl, zəka məni cəlb edir.
- Sizcə, qadın-kişi münasibətlərində ən önəmli şey sevgidir, yoxsa hörmət?
- Məncə, hörmət daha önəmlidir. Hörmət olmayan yerdə sevgi də olmur.
Bir insan sizə hörmət etmirsə, deməli, sevgisi saxta imiş. Bəziləri də
səmimi olduğunu iddia edib hörmət sərhədlərini keçirlər. Nə qədər səmimi
olmağınızdan asılı olmayaraq, qarşınızdakı insandan hörmət tələb edin.
- Sadəcə, gözəlliyiniz deyil, zövqlü stiliniz də diqqət çəkir. Sizcə, zövqlü görünməyin ilk qaydası nədir?
- Fərqli geyimləri doğru kombinə edə bilmək. Mən rahatlığa üstünlük verirəm, yaşıma uyğun geyinirəm.
- Ən bəyəndiyiniz dəb ilahəsi kimdir?
- Keyt Mossun stili üçün ürəyim gedir.
- Hər mövsüm mütləq aldığınız aksessuarlar hansılardır?
- Mütləq ayaqqabı alıram. Modelini bəyəndiyim ayaqqabı olanda brendinə fikir vermədən alıram. Brend xəstəsi deyiləm.
- Dəriyə qulluq edərkən ənənəvi reseptlərə, yoxsa müasir texnologiyanın nemətlərinə etibar edirsiniz?
- İkisindən də yararlanıram. Məsələn, anam mənə qəhvə çöküntüsünün ən yaxşı skrab olduğunu öyrədib.
- Gözəllikdən söz açmışkən, istifadə etdiyiniz ətirləri öyrənməsək olmaz.
- Hazırda ən vazkeçilməzim "Paco Rabanne Lady Million” adlı ətirdir.
Ondan öncə isə, illərlə "Chloe” ətrindən istifadə etmişəm. Aradabir
"Coco Chanel” və ya "Bond No:9”dan da istifadə edirəm.
- Makiyajla aranız necədir?
- Həddən artıq makiyaj mənə yaraşmır. Sadəliyə üstünlük verirəm.
Makiyaj edəndə nəzərə çarpmayan açıq çalarları seçirəm. Məsələn, dodaq
boyasında nar çiçəyi, ənlikdə isə şaftalı çalarını sevirəm. Göz
kölgəsindən, laynerdən, göz qələmindən nadir hallarda istifadə edirəm.