Müğənni Murad Boz "Kardeşim benim" filminin çəkilişlərində tanış olduğu aktrisa Aslı Enverlə sevgi münasibətlərini davam etdirir.
O Aslının Şükrü Özyıldızla çəkildiyi "Kış güneşi" serialının çəkiliş meydançasına gedərək ona sürpriz edib. Yaradıcı heyətə meyvə və çərəz alan Murad soyuq havada 4 saat Aslını gözləyib. Fasilə zamanı Aslı Muradın yanına gələrək daha sonra yenidən çəkilişlərə qayıdıb. Müğənni kostyum dəyişdirmək istəyən sevgilisinin belinə sarılaraq onu kameralara qədər ötürüb.
Günün yekununda cütlük avtomobilə minərək oradan ayrılıb.