Bu yaşda belə seksual görünəcəyimi bilməzdim - Cennifer Lopez

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 1 849
Səs ver:
(səs: 2)
50 yaşına az qalsa da, hələ də gənc qızları qısqandıracaq dərəcədə bədən quruluşu olan Cennifer Lopez gənc qalması haqda danışıb.

47 yaşlı ulduz gənclik illərində gələcəkdə belə bir görünüşünün olacağını fikirləşmədiyini bildirib. İllərin ona təcrübə qazandırdığını deyən Cey Lo "bu işə başlayanda hər şeyin bir gün sona çatacağını düşünmüşdüm. Heç kim yaşa dolanda belə bir görünüşdə olacağını xəyal etmir. Mən də seksual görünəcəyimi bilməzdim" deyib.

Keçdikdə həyata daha da bağlandığını etiraf edən Lopez son günlər "Epic Recordings" şirkəti ilə müqavilə bağlayaraq gündəmə gəlib. Bu onun keçmiş dostu L.A Rayd ilə yenidən bir araya gəlib böyük işlər görəcəyini bildirir. Hazırda "American İdol" yarışmasında münsiflər kürsüsündə oturan Cennifer baş rolda çəkildiyi "Shades of Blue" ("Mavinin çalarları") serialının uğuru ilə də manşetlərdən düşmür.

Qeyd edək ki, üçüncü həyat yoldaşı Mark Entonidən Maks və Emme adlı əkiz uşaqları olan müğənni uzun müddətdir ki, 28 yaşlı rəqqas Kasper Smartla sevgilidir.

 

 

(səs: 2)
Şərhlər: 10
Baxılıb: 1 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri