Bir ananın qarnından çıxan əkizlərin ATALARI BAŞQADIR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 165
Səs ver:
(səs: 3)
Vyetnamda qeyri-adi  hadisə baş verib.
Əkiz övlad dünyaya gətirən qadının uşaqlarının eyni atadan olmadığı ortaya çıxıb.
Dünyaya gələn əkizlərin zaman keçdikcə bir-birinə qətiyyən bənzəmədiyini görən qadının həyat yoldaşı DNT analizi keçirməkdə təkid edib. Analizin nəticəsindən məlum olub ki, uşaqlardan biri qadının ərindən deyil.
Bu xəbərdən sonra ailə Hanoyda yerləşən genetik təhlil və texnologiyalar mərkəzində fenomenin öyrənilməsi proqramında iştirak etməyə razılıq verib. Adının və yaşayış yerinin açıqlanmasını istəməyən ana bu şərtlər daxilində tədqiqatda iştirak edəcəyini bildirib.
Alimlər bu fenomeni, qadınının uşaqlığının lobya qabığı formasında olduğu üçün eyni anda müxtəlif kişilərin spermatozoidlərini saxlamaq qabiliyyətinə malik olması ilə izah edirlər.
Oxşar hadisə bir müddət əvvəl Polşada da qeydə alınıb. Polşalı həkimlərin sözlərinə görə, qadınların 0.1% rast gəlinən bu fenomenə səbəb cüt-ovulyasiya - bir mərhələdə 2 qadın hüceyrənin yetişməsidir. Bundan əlavə qadının əri və məşuqu ilə əlaqəsindən 72 saatın keçməməsi şərtdir - məhz bu müddət ərzində spermatozoidlər qadın orqanizmində yaşaya bilir.
Bu hadisə heyvanlar üçün, xüsusən də pişiklər üçün adi hal hesab edilir.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 165
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri