Azərbaycanlı modellər keçmiş "Sovetski" küçələrində yeni fotosessiyaya çəkiliblər. "Xarabalıqda gəzinti" adlanan fotosessiyaya azərbaycanın tanınmış modelləri Könül Rüstəmova və Yana Antonava dəvət edilib. "Çəkiliş texniki nöqteyi-nəzərdən çətin keçdi. Narahat şərait və işıqlandırmanın çatışmazlığı bir sıra çətinliklər yaratdı. Hər kadr üçün öz parametrlərini seçmək lazım olurdu. Amma bütün bunlar, əlbəttə, nəticə ilə müqayisədə xırda detallar və müvəqqəti çətinliklər oldu", - deyə layihənin fotoqrafı Kamil Seyidbəyli qeyd edib.