Amerikalı model Karlie Kloss "Glamour” jurnalına müsahibə verib.
23 yaşlı model müsahibəsində liseydə oxuyan zaman oğlanla yola getmədiyini açıqlayıb:
"Oğlanlara aram yaxşı deyildi, onlara xüsusi diqqət ayırmırdım. Daha doğrusu onlarla yola getmirdim. Həm dərslərimi oxuyurdum, həm də baletlə məşğul olurdum. Kişilərlə görüşməyə, sevgili olmağa vaxtım yox idi. Onu da qeyd edim ki, mənə boyum uzun olduğu üçün lağ edirdilər. Qəribə hisslər keçirirdim”.