Gah keçmiş ərimlə barışdığım, gah da iş adamı ilə...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 004
Səs ver:
(səs: 1)
Aşıq Samirə  şəxsi həyatı ilə bağlı tez-tez mətbuatda müxtəlif məlumatların yayılmasından narahatdır. 
Açıqlama verən zaman deyib: "Gah keçmiş ərim ilə barışdığım, gah da iş adamı ilə ailə qurduğum barədə yazdılar. Şəxsi həyatımın bu qədər müzakirə olunması xoş deyil. Haqqımda yalan məlumatlar yayanlar cavabını aldı. Övladlarım böyüyür. İstəmirəm ki, naşı əllərin yazdığı yalan xəbərlər ailəmdə problem yaratsın. Hər zaman evimin içi üzdə olub, buna yol verdiyim üçün peşmanam. Ürək açıqlığı edib, şəxsi həyatından danışırsan, lakin haqqında şər-böhtan yazırlar". 
Sənətçi imicində etdiyi dəyişiklikdən də bəhs edib: "Qadınlar adətən, imic dəyişməyi sevirlər. Mən isə onlardan deyiləm. Mənim üçün dəyişiklik riskdir. Buna baxmayaraq, saç rəngimi, geyim üslubumu dəyişdim. Saçlarımı qırmızı rəngə boyamaq böyük risk idi. Həm saçlarım yana, həm də mənə yaraşmaya bilərdi. Şükür ki, saçlarıma zərər dəymədən dəyişikliyi edə bildim. Payız aylarında tamaşaçılar Samirəni fərqli imicdə görəcək".
Samirə yaradıcılığı ilə bağlı yenilikləri payız aylarına saxladığını da qeyd edib: "Yeniliklərim çoxdur, yay girməmiş mahnı təqdim etmək istəyirəm. Yay boyunca istirahət edəcəyəm. Qalan işləri payıza saxlayacağam. Payız girər-girməz işlərimə start verəcəyəm. Məni sevənlərə gözəl sürprizlərim var".
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 004
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri