Canlı Barbie Türkiyədə: Əməliyyat masasına uzanmaq məni xoşbəxt edir - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 289
Səs ver:
(səs: 0)
Cizgi film obrazı Cessika Rebbitə bənzəmək üçün bu günə kimi 17 dəfə plastik əməliyyat etdirən Piksi Foks Türkiyədədir.
26 yaşlı model türkiyəli jurnalistin suallarını cavablandırıb.
O, müsahibəsində bədənini sənət əsərinə çevirməkdə məqsədinin pul qazanmaq olduğunu deyib:
“Psixologiyamın normal olduğuna inanıram. Daha öncə başqa işlərdə işləmişəm. Amma alınmayıb. İndi bədənimi sənət əsərinə çevirirəm. Bu sənət əsərini dünyanın bir çox ölkəsində nümayiş etdirərək pul qazanıram”.

Piksi əməliyyat etdirməkdən zövq aldığını etiraf edib:
“Bu mənim üçün böyük həyəcan deməkdir. Məsələn, hansısa istirahət mərkəzinə getməklə əməliyyat etdirmək arasında seçim etməli olsam, ikincini seçərəm. Əməliyyat masasına uzanmaq məni xoşbəxt edir. Ölməkdən qorxmuram”.

Piksi ən böyük probleminin isə bədəninə uyğun geyim tapmamaq olduğunu vurğulayıb. Model estetik əməliyyat həvəskarı sevgili tapmaqda da çətinlik çəkir.
“Botoks etdirən və üz dərisi qüsursuz olan bir adamla tanış olmaq istəyərdim”, deyən Piksi bu gün İstanbulda 18-ci əməliyyatını etdirəcək.

Xatırladaq ki, Piksi bu günə kimi əməliyyatlara ümumilikdə, 145 bin dollar xərcləyib.

Canlı Barbie Türkiyədə: Əməliyyat masasına uzanmaq məni xoşbəxt edir - FOTOLAR





(səs: 0)
Şərhlər: 12
Baxılıb: 2 289
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri