Aygün Kazımovanın oxşarı: “Günahım nədir ki, bu qədər daşlanıram?...” – FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 875
Səs ver:
(səs: 2)
"İstəmirəm insanları haqqımda pis fikirləşsinlər".
İnstagramda etdiyi paylaşımla bir gecənin içində məşhurlaşan stilist-vizajist Gülruh Nəcəfova, xalq artisti Aygün Kazımovanın oxşarı kimi tanınmasına aydınlıq gətirib.

PrimeTime.Az-ın suallarına cavab verən yeni internet ulduzu, söhbətinə gündəm yaradan videosuna şərh verməklə başladı:
-İstəyirəm oxucular səmimiyyətimə inansınlar ki, mən həmin çəkilişi piar məqsədi ilə etməmişdim. Səhər tezdən dənizə getməyə hazırlaşırdım. Yayın bitməsinə az qalsa da ilk dəfə idi ki, dənizə gedirdim. Həddindən artıq isti gün olduğundan, günəş şüalarının altında qaralmaqdansa, dərimi yandırdım. Axşam evə gələndə səhhətim pisləşdi. İnstagram dostlarıma video müraciət etdim ki, bəlkə izləyicilərimdən kimsə, xalq tabəbətindən bildiyi məsləhəti mənə yazsın. Videonu sırf bu niyyətlə paylaşdım. Mən ona görə yayımlamadım ki, kimsə mənə desin özünü Aygün Kazımovaya oxşadırsan. Paylaşımı edib yatdım. Səhər ayılanda gördüm ki, artıq ulduzam(gülür).

- Qısaca sizi necə tanıya bilərik?
- Subay xanımam, 36 yaşım var. Bir müddət Rusiyada yaşamışam, daha sonra Azərbayacana gəlmişəm. 16 ildir stilist-vizajist kimi çalışıram.

- Sizə qədər Aygün xanımı çoxları parodiya etməyə çalışıb. Amma siz də parodiyadan çox oxşarlıq var.
- Mən parodiya etmirəm. Yəqin səsimdən hiss edirsiniz ki, bu dəqiqə sizinlə çox sərbəst danışıram. Özümü qabaqcadan hazırlamamışdım ki, məndən müsahibə alacaqdınız. Bu mənim səsimdir. Bəli, Aygün xanımın istifadə etdiyi sözləri işlədəndə, səsimiz çox oxşayır.

- Heç şübhəsiz ki, Aygün xanım sizin haqda az da olsa məlumatlıdır. Sizcə o, bu oxşarlığa necə reaksiya verir?
- Bu barədə ümumiyyətlə heç nə demək istəmirəm. Çünki onun reaksiyasından xəbərsizəm. Ola bilsin bəlkə məni görən zaman özünə oxşadar, bəlkə də heç oxşatmaz.

-Aygün Kazımova ilə görüşmək istəyirsiz?
-Səhv etmirəmsə 2006-cı il idi və mən Aygün xanımı verdiyi konsertlərinin birində kulisdə uzaqdan-uzağa görmüşdüm. Desəm ki, Aygün xanımı çox yaxından görmüşəm, yalan olar. Yenə də deyirəm, mən onu yamsılamıram. Heç haqqım çatmaz ki,onu parodiya edim. Bu sadəcə bir oxşarlıqdır. Allah nəsib etsə, görüşərik.

- Sosial şəbəkədə sizi tənqid edənlər arasında təhqir yazanlar da var. Şərh yazanlara nə sözünüz var?
- İstəmirəm insanları haqqımda pis fikirləşsinlər . Öz işimlə məşğul olan insanam. Heç vaxt kiminsə şəxsiyyətinə toxunmamışam. Uzun illərdir sosial şəbəkə istifadəçisiyəm. Bəzən min hoqqadan çıxan insanlar qarşıma çıxır, amma öz fikrimi yazmağı lazım bilmirəm. Çox üzr istəyirəm, axı paylaşdığım videoda nə əxlaqsıs söz işlətmişəm, nə də çılpaq görünmürəm. Tənqidi normal qəbul edirəm. Sözüm məni təhqir edənlərədir. Bilib-bilmədən haqqıma niyə girirsiz? Mənim günahım nədir ki, bu qədər daşlanıram? Vallah ayıbdır. Yazırlar ki, yanaq və dodaqlarım silikondur. Hansısa əməliyyat keçirmişəm. Üzümdə bir az gel var. Silikonla gel arasında yerlə göy qədər fərq var. O ki qaldı "canlarım, onlarım" sözlərinə, həmin kəlmələr mənim də sevimli sözlərimdir. Aygün xanıma çox böyük hörmətim var. Amma mən onu parodiya etmirəm. Səsimin hardasa onun səsinə bənzəməsində də günahkar deyiləm. Məni görən hər kəs deyir ki, səsin də, özün də Aygün xanıma çox bənzəyir. Bunu özüm demirəm... Əgər ona bənzədilirəmsə, bununla fəxr duyuram.

mənbə: PrimeTime.az

Aygün Kazımovanın oxşarı: “Günahım nədir ki, bu qədər daşlanıram?...” – FOTO
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 6 875
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri