Brilliant Dadaşova hər kəsi aldatmağa çalışdı - erməni musiqiçiyə görə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 197
Səs ver:
(səs: 1)
Xalq artisti Brilliant Dadaşovanın erməni qarmonçu Varujan Şahbazyanla İnstaqramdakı isti münasibəti səs-küy yaradıb.

Qadinla.com-un məlumatına görə, müğənni erməni musiqiçinin paylaşımlarının altına ürək, əla işarələri düzməsi ilə gündəmə gəlib. B.Dadaşova məsələyə münasibət bildirməkdən qaçır, telefonlara cavab vermir.

Amma buna baxmayaraq ifaçının bu halın mediada yayılmasından narahatlıq keçirdiyi diqqətdən qaçmayıb. Belə ki, B.Dadaşova Varujanın paylaşımlarının altındakı şərhlərini silib. Eyni zamanda İnstaqramdakı “brilliant_dadashova” adını dəyişərək “brilliant_dadashova_official” edib. Sənətçi həmin şərhləri istifadə etdiyi profildən yazmadığını göstərməyə çalışıb.

Bir məqam da diqqətimizdən qaçmayıb ki, ötən günkü qınaqlardan və mediadakı yazılardan sonra Varujan da İnstaqram profilini bağlı edib. Şahbazyanın B.Dadşovanın istəyi ilə belə bir addım atdığı ehtimal edilir. Varujan B.Dadaşovanı izləyənləri siyahısından da çıxarıb.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 197
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri