Benzinin qiyməti qalxdı - DAHA NƏLƏR BAHALAŞACAQ-SİYAHI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 643
Səs ver:
(səs: 0)
Dünən gecə Tarif Şurası benzinin qiymətinin qalxdığını açıqladı. İqtisadçı ekspert Qubad İbadoğlu bundan sonra hansı məhsulların qiymətinin artacağı haqda açıqlama verib.


“Benzin 28,5 faiz bahalaşdı. Bu gündən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. Yanacaq məhsullarında qiymət artımı yalnız “Aİ-92” markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür.
Benzinin qiymət bahalaşmasının ikili -psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması “mümkün deyil”. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq.

Gözləntilərə görə, cari ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək. Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub.
Hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0, 48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr “Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib.
Xatırladım ki, Tarif Şurası benzinin qiymətinin artırılmasının əsas kimi SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalmasını göstərib”.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri