Əməkdar artist Elza Seyidcahan yeni şeiri ilə yenidən gündəmə gəlib.
Qadınla.com "Tikim" adlı şeiri təqdim edir:
Tikin məni divarlara Hörük olum. Dəlik olum qaranlıqdan Baxanlara İşıq olum Uçanlara səmalarda Qanad olum Selik olum ağızlardan Axanlara Tikim,tikim məbəd olum Nizələrə taxın məni Tökün məni kuzələrə Badələr süzün məni Zirvələrdə ,yüksəklərə Çapın məni Məşəllərə sancın məni Tikim sizi gübbələrdə, Naxışlarda. Sərin məni, Sərin sular ürəklərə yayılsın. Vurun məni Könüllərin zirvəsində Taxın məni. Dülgərlərin en şərəfli Sənətində döyün məni. Görün məni Yuxularınız çin olanda Sevin məni. Öyün məni dostlarınızla Masalarda, Tapın məni axtaranda, Səpin məni gözlərinizə Təpin məni. Çəkin məni,nazımı cəkin Qurtaran deyil Tərəzidə yükümə baxın Seçin məni Dönən deyil. Vurun məni mismarlara. Tikim sizin ağzınızı Qırxayaq kimi. Dartım ,sıxım sapınızı Barama kimi. Geyim cırım corabımı Çatana kimi. CIRIN-CIRIN Siz də,geyin,cırın ,qaçın Xəyallara batana kimi. Tikim sizin ağzınızı Boqana kimi,yatana kimi. Çıxan sözün mənasını Bilim sizin ağzınızdan Sizə ziyan, Bizə tiyan, Ona tikan Mənə böhtan Atanların halına baxın Həkk,həkk,həkk edin. Soyun məni,soyunum töküm Kirimi,kirimi bəlli olum Kinimi,kinimi Bələyini büküm ,beşiyə atım Dərəyə şatım, qəbirə baxım Qorxum qaçım,dağlara çapım. Göydən yərə daş yağdI Tikim sizi. Torpaqdan göyə qar yağdı Oynadım sızı. Qaya üstündə qurd yatdı Didim sizi Çəmən üstə şeh azdı Yolu azdı Tarixlərə göl yazdı Siz də tikin Tikin məni Yaman sözlər, Yanan sözlər, Məş sözlər, Məst sözlər, İlahilər oxuyum Həkk,həkk, kəkk edin Aşiqləri. Tərk,tərk,tərk edin Cahilləri