COCA-COLA-dan əhalini təşvişə salan WhatsApp mesajı ilə bağlı AÇIQLAMA

Müəllif: Son Bahar
Şərhlər: 9
Baxılıb: 2 239
Səs ver:
(səs: 0)
Coca-Cola şirkəti bu gün yüzlərlə insana "WhatsApp" mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama yayıb.
Şirkətdən göndərilən açıqlamada bildirilir: "Azərbaycan Coca-Cola Bottlers olaraq bildiririk ki, sosial şəbəkələrdə guya şirkətimizin hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını "Coca-Cola" içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur. "Coca-Cola" məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir".
Qeyd edək ki, yüzlərlə "WhatsApp" istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilirdi ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən "Coca-Cola"lara axıdıb. Həmçinin o da bildirilir ki, hazırda şirkət bütün mağazalardan "Coca-Cola" məhsullarını təcili şəkildə yığışdırır.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 239
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri