Şok kadrlar: nənə və babaya qulaq asan uşaq öldü - FOTO

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 7 330
Səs ver:
(səs: 0)
"Evin açarlarını unutmuşuq. Otaqda qalıb. Sən gəl, evin damına çıx, oradan kəndirlə eyvana düş. Eyvandan gir otağa, açarla qapını aç, biz də içəri girək, yaxşı?!

Nənə və baba nəvələrinə bu tapşırığı verəndən sonra küçədə durub baxırdılar.

11 yaşlı nəvə evin divarındakı nərdivana dırmaşmağa başladı.

BiG.AZ bildirir ki, olay Çinin Siçuan vilayətindəki Daçjou bölgəsində, Syuaehan kəndində yaşanıb.

72 yaşlı baba və 67 yaşlı nənə mənzilin açarlarını evdə qoyub çıxmışdılar, qapı da bağlanmışdı.

Kəndirdən tutub aşağıya, damdan dördüncü mərtəbədəki eyvana düşmək istəyən nəvə açarı götürüb qapını açmalı, nənə və baba da mənzilə girməliydilər.

Lakin ip qırılıb və uşaq dördüncü mərtəbədən düşüb. Nəvə hadisə yerində həlak olub.

11 yaşlı uşaq beşinci sinif şagirdi idi. Onun valideynləri şəhərdə yaşayıb işlədiklərindən uşağa kənddəki nənəsi və babası baxırdılar./milli.az/
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 7 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri