O, bütün ölkəni ağlatdı - 9 yaşlı qız... - VİDEO

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 1 959
Səs ver:
(səs: 0)
ABŞ-ın Şarlott şəhərində qaradərilinin polis tərəfindən öldürülməsi ilə bağlı yaranan gərginlik səngimir.

ATV.az-ın məlumatına görə, hadisə ilə bağlı şəhər məclisində toplantı təşkil edilib. Toplantıda danışan qaradərili 9 yaşlı qızın sözləri hamıya təsir edib. Danışarkən gözyaşlarına hakim ola bilməyən Zianna Olifan, zaldakı insanlara da duyğulu anlar yaşadıb. Onun çıxışı bütün ölkədə müzakirələrə yol açıb:

“Biz qaradəriliyik. Siz, bizə qarşı çox pis davranırsınız. Bu bizi etiraz aksiyaları təşkil etməyə məcbur edir. Aksiyalar təşkil etməyə haqqımız var. Çünki, sizin davranışlarınız bizə təsir edir. Ata və analarımızın öldürülməsi utancvericidir. Onları bir daha görmək şansından məhrum oluruq. Onların məzarına getmək üzücüdür.

Qeyd edək ki, sentyabrın 19-da polis əməkdaşları qaradərili şəxsi qətlə yetirib. Asayiş keşikçilərinin, heç bir təhlükə törətməyən silahsız şəxsə qarşı amansız davranması ölkədə geniş rezonans doğurub.

[media=https://youtu.be/M3FXIEnzn-U]
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 959
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri