Nənə nəvə doğdu - Dünyada bir ilk ŞOK - FOTO

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 3 137
Səs ver:
(səs: 0)
46 yaşlı Tereza Hosenhaus adlı qadın leykoz (qan xərçəngi) diaqnozu qoyulan qızının körpəsini dünyaya gətirib.
Qadinlar.biz modern.az-a istinadən bildirir ki, 23 yaşlı Alisiya Hosenhausa 4 yaşında leykoz (qan xərçəngi) diaqnozu qoyulub.

Alisiyanın xəstəliyi müəyyən müddət sağalsa da, 9 yaşında onun vəziyyəti yenidən daha da pisləşib. Uzun şüa müalicələrindən sonra həkimlər ona uşaq sahibi ola bilməyəcəyini deyiblər.

Buna baxmayaraq, Alisiya 23 yaşında hamilə qalıb, ancaq körpəsi 15 həftəyə qədər yaşayıb. Həkimlər ona körpənin uşaqlıqda çox qala bilməyəcəyini deyiblər. Çıxış yolu kimi onlar qadına daşıyıcı ana tapmağı təklif ediblər. Bu zaman Alisiyanın 46 yaşlı anası surroqat ana olmağa razı olub.

46 yaşlı qadın qızının belə bir təklifi qəbul etməyəcəyini və hamilə qalmaq üçün yaşlı olduğunu düşünüb. Daha əvvəl 2 dəfə qızını itirmək həddinə gəlib.

Lakin sonda qızının razılığı ilə onun xoşbəxtliyi naminə bu addımı atıb. Nənə Tereza verdiyi müsahibə zamanı "onu xoşbəxt görmək hər şeyə dəyər" sözlərini deyib.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 137
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri