Cəlilabadda bacısının əri ilə qaçan 15 yaşlı qız Bakıdadır VƏ ...

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 5 410
Səs ver:
(səs: 0)
Sentyabrın 23-dən Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir.

BiG.AZ xəbər verir ki, bu barədə trend-ə Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, 15 yaşlı A.Nağıyevanın öz doğma bacısının həyat yoldaşı ilə qoşulub qaçdığı müəyyən edilib: "Məlumatı oğlanın anası verib. Məlum olub ki, oğlan öz baldızı ilə Bakıya qaçıb".

Polis şöbəsindən bildiriblər ki, artıq A.Nağıyevanın Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı məlum olub. Bir neçə gün öncə kənd sakinlərindən bir nəfər Ə.Məmmədovu həmin qəsəbədə görüb və bu barədə polisə məlumat verib.

Məlumata görə, A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyir və Buta qəsəbəsində kirayədə yaşayır. O, ayda bir dəfə Cəlilabada ailəsinin yanına gəlirmiş. Sentyabrın 22-də hər iki şəxs qəfil yoxa çıxıb.

Hazırda Cəlilabad rayon Polis şöbəsinin əməliyyat-axtarış qrupu axtarışı davam etdirir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri