Kəmaləddin Heydərovun həyat yoldaşı mərasimdə - FOTOLAR

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 29 965
Səs ver:
(səs: 0)
SEBA və Koreya Fondu arasında Memorandum imzalanıb.
Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə Koreya Fondu arasında Mədəni Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Qadinlar.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in də iştirak edib.
Mərasimdə çıxış edən SEBA-nın prezidenti Ruhəngiz Heydərova Azərbaycan Koreya əlaqələrinin günü-gündən inkişaf etdiyini bildirib. R.Heydərova Koreya və Azərbaycan arasında əlaqələrin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. O, 2004-cü ildən qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan SEBA-nın Azərbaycan və Koreya arasında mədəni əlaqələrin inkişafında yaxından iştirak etdiyini deyib. Qeyd olunub ki, assosiasiya tərəfindən keçirilmiş mədəniyyət və kino günləri, sərgi, konsert, elmi simpoziumlar, aztəminatlı, məcburi köçkün və qaçqın ailələri üçün ictimai tibbi xidmətin təşkili, arxeoloji qazıntıların aparılması, eləcə də Şərq Təbabət Klinikasının açılışı bunun bariz nümunəsidir. R. Heydərova deyib ki, SEBA-nın fəaliyyəti müxtəlif dövrlərdə həm Koreyanın Bakıdakı səfirliyi, həm də Azərbaycanın Seuldakı səfirliyi tərəfindən dəstəklənib. O, bu memorandumun iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına inandığını söyləyib.
Daha sonra SEBA və Koreya Fondu arasında Memorandum imzalanıb.
Qeyd edək ki, Ruhəngiz Heydərova Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır.

Kəmaləddin Heydərovun həyat yoldaşı mərasimdə - FOTOLAR



(səs: 0)
Şərhlər: 3
Baxılıb: 29 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri